Gəncədə “Detal Alüminium” MMC-nin ərazisində 2 fəhlənin ölümünə səbəb olan uçqunla bağlı cinayət işi başlanıb
20 iyun 2012 15:08 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 17-də saat 17 radələrində Gəncə şəhərində fəaliyyət göstərən “Detal Alüminium” Məhdud Məsuliyyətli Cəmiyyətin ərazisində söküntü işləri aparılarkən 66 metr uzunluğunda dəmir-beton konstruksiyalı tavanın çökməsi nəticəsində fəhlələr - 1975-ci il təvəlldüdlü Feyzullayev Vyaçeslav Mahmud oğlu və 1977-ci il təvəllüdlü Seyfullayev Səlim Səttar oğlu uçqun altında qalaraq aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
Şəhər Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitlərə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirilib və fakta görə həmin tarixdə Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq iş üzrə məhkəmə-tibb ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

Hadisə
Şəmkir su anbarında batan şəxsin cəsədi tapılıb
17:40
28 may 2024
Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb
14:28
28 may 2024
Baş prokurorluq Ağdamda ANAMA əməkdaşının minaya düşməsi ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
12:51
28 may 2024
Bakıda 4 min manatlıq lotoreya biletlərini oğurlayan şəxs saxlanılıb
12:43
28 may 2024