ARDNŞ «Neft Daşları»nda baş vermiş bədbəxt hadisə ilə bağlı açıqlama yayıb
27 iyun 2012 15:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) «Neft Daşları»nda baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi məlumat yayıb.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, iyunun 25-də gecə saat 02:00 radələrində «Neft Daşları» Neft və Qazçıxarma İdarəsinin 1-ci mədəninin 810 nömrəli meydançasında yerləşən alçaq təzyiqli NQK-7/1-5 markalı vakuum kompressorunda qaz sızması baş verib, kompressor sexinin maşinisti Məmmədov İsmayıl Sadiq oğlu həmin nasazlığı aradan qaldırmaq istəyərkən yanğın olub. Nəticədə kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb, İ.Məmmədov özü ağır yanıq xəsarəti alıb. Təcili tibbi yardım göstərilməsinə və sahilə gətirilərək xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
«Bununla belə, yanğının qarşısı alınıb. Hadisənin baş verməsinin səbəbləri dövlət komissiyası tərəfindən araşdırılır», - deyə ARDNŞ-dan bildirilib.
Qeyd edək ki, «Neft Daşları» NQÇİ-nin maşinisti, Hacıqabul rayon sakini İsmayıl Məmmədovun guya Pirallahı qəsəbəsində neft buruğunda baş vermiş partlayış nəticəsində dünyasını dəyişməsi haqda məlumatlar həqiqətə uyğun deyil.

Hadisə
Lənkəranda "Kamaz" təkər dəyişmək istəyən sürücünün üstünə aşıb
18:57
25 may 2024
“Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbs müddəti uzadılıb
16:08
25 may 2024
FHN: Tovuzda su anbarında batan şəxsin axtarışları hava şəraitinə baxmayaraq, davam edir - VİDEO
15:16
25 may 2024
Samuxda 5 otaqlı evdə yanğın baş verib
14:35
25 may 2024