Bakıda narkokuryerlərdən 10 kq marixuana, 45 ədəd çətənə kolu aşkarlanıb

Bakıda narkokuryerlərdən 10 kq marixuana, 45 ədəd çətənə kolu aşkarlanıb
# 25 may 2024 12:53 (UTC +04:00)

Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

DİN-dən APA-ya verilən xəbərə görə, tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub.

A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR