Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib
30 iyul 2012 08:53 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov-APA. Mingəçevirdə ərzaq və tikinti mallarının topdansatış mərkəzində yanğın baş verib. APA-nın məlumatına görə, hadisə ötən gecə saat 00:30 radələrində “Mingəçevir-Bazar” ASC-nin yaxınlığında yerləşən ticarət mərkəzində qeydə alınıb. Yanğının söndürülməsinə Mingəçevir, Bərdə, Ağdam, Yevlax, Göyçay, Ağdaş və digər rayonlardan yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı 5 sahibkara məxsus ərzaq və tikinti mallarının topdansatış mağazası, məişət avadanlığı, kompüter dəstləri, 15 min manat pul yanıb. Bundan başqa yanğın nəticəsində bazarla üzbəüz 3 mərtəbəli fərdi yaşayış evi də yanıb. İlkin hesablamalara görə, 100 nəfərin işlədiyi həmin mağazaların yanması nəticəsində sahibkarlara 1 milyon manata yaxın maddi ziyan dəyib. Yanğın səhər saat 07:00 radələrində söndürülüb və alovun genişlənərək ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
Hadisə
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024
DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edib
17:20
17 may 2024
Qohumuna qarşı dələduzluqda ittiham edilən təşkilat sədri saxlanılıb
16:45
17 may 2024
Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib
14:44
17 may 2024