Azərbaycanda dağlıq ərazidə ölən şəxsin meyitinin götürülməsi üçün helikopter cəlb edilib
31 iyul 2012 15:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dağlıq ərazidə ölən şəxsin meyitinin götürülməsi üçün helikopter cəlb edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumata əsasən, Qax rayonu İlisu kəndi yaxınlığında 1962-ci il təvəllüdlü Şahin Mollaməhəmməd oğlu Mirzəyev səhhətinin kəskin pisləşməsi səbəbindən ölüb. Hadisə yeri çətin keçilən dağlıq ərazidə olduğundan Ş.Mirzəyevin cəsədini götürmək mümkün olmayıb. Müraciət daxil olan kimi Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub. Xilasedicilər mürəkkəb dağlıq ərazidə olan Ş.Mirzəyevin cəsədini müvafiq qaydada götürüb və aidiyyəti üzrə təhvil veriblər.
Hadisə
Göyçay-Ucar yolunda qəza olub, xəsarət alan var
10:46
13 may 2024
Teatrın 332 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq şöbə müdiri zərərin ödənilməsinə görə vaxt istəyib
10:35
13 may 2024
FHN: Ötən sutka 34 yanğına çıxış olub, 4 nəfər xilas edilib
10:29
13 may 2024
Bakıda binadan 7200 manatlıq oğurluq olub
10:14
13 may 2024