Binəqədidə yataqxanada baş verən yanğınla əlaqədar təcili yardıma 6 nəfər müraciət edib
01 avqust 2012 12:07 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, müraciətlər təzyiqin qalxması və əsəb gərginliyi ilə bağlı olub. Xəstələrə tibbi yardım göstərilib və onların vəziyyətləri yaxşılaşıb. Hadisə yerində 4 təcili yardım briqadasının fəaliyyət göstərdiyini bildirən Z. Vahidova bildirib ki, yanğın nəticəsində xəsarət alan və xəstəxanaya yerləşdirilən olmayıb.
Qeyd edək ki, bu gün saat 13.00 radələrində Binəqədi rayonunun Dərnəgül qəsəbəsində, 14-cü aşırım küçəsində yerləşən 5 mərtəbəli yataqxanada yanğın başlayıb.
Yanğının yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəldiyi bildirilib. Əraziyə gələn yanğınsöndürmə briqadaları yataqxanadakı sakinlərin hamısını evakuasiya ediblər. Yanğın tam şəkildə söndürülüb.

Hadisə
Qəbələdə qəzaya düşən xarici vətəndaşlardan biri helikopterlə Bakıdakı tibbi müəsissəyə təxliyə olunub - BİRGƏ MƏLUMAT - VİDEO
13:16
17 iyun 2024
Bakıda yol qəzası olub, yolda sıxlıq yaranıb
13:02
17 iyun 2024
Ağdamda 10 tüfəng polisə təhvil verilib
12:50
17 iyun 2024
İsmayıllıda avtomobil qəzası olub, 3 nəfər yaralanıb
09:53
17 iyun 2024