Bakı sakininin mənzilindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb
06 noyabr 2012 08:44 (UTC +04:00)
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
Məlumatda qeyd olunur ki, noyabrın 4-də M. Hadi küçəsində yaşayan Minəxanım Eminovanın mənzilindən açar seçmə yolu ilə 100 min ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şəhla Ağayeva və Xuraman Babayeva noyabrın 5-də tutulublar.