Bank Of Baku

Bayıldakı 1 saylı İstintaq Təcridxanası ilə Şüvəlandakı 3 saylı İstintaq Təcridxanası birləşdiriləcək

Bayıldakı 1 saylı İstintaq Təcridxanası ilə Şüvəlandakı 3 saylı İstintaq Təcridxanası birləşdiriləcək
# 14 dekabr 2006 12:26 (UTC +04:00)
“Avropa ölkələrində hər 10 məhkuma 7-8 Penitensiar Xidmət işçisi düşür. Bizdə isə bu göstərici çox aşağıdır. Gələcəkdə Penitensiar Xidmət əməkdaşlarının sayının artırılması nəzərdə tutulur”. Bu sözləri APA-nın Qobustan Qapalı Həbsxanasında keçirilən monitorinqi izləyən əməkdaşına açıqlamasında Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov deyib. Azərbaycanın cəzaçəkmə müəssisələrində 13 minə yaxın məhkumun olduğunu bildirən N. Ələkbərov Penitensiar Xidmətdə 80 əlavə ştatın açılacağını, gələcəkdə isə yeni ştatların sayının 300-ə çatdırılmasının nəzərdə tutulduğunu söyləyib. O, gələcəkdə Bayıldakı 1 saylı İstintaq Təcridxanası ilə Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasının birləşdirilərək yeni bir təcridxana yaradılacağının açıqlayıb. Bayıl təcridxanasının isə muzeyə çevriləcəyi gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR