Bank Of Baku

Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində 1052 məhkum cəza çəkir

Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində 1052 məhkum cəza çəkir
# 14 dekabr 2006 15:18 (UTC +04:00)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində 1052 məhkum cəza çəkir. Bu müəssisə iki və ya daha artıq cinayət törədən və xüsusilə ağır cinayət törədən məhkumlar üçün nəzərdə tutulub. Bu haqda APA-ya 1 saylı Cəzaçəkmə Müəssisəsindən məlumat verilib. Müəssisədə saxlanılan məhkumlardan il ərzində 25 nəfərə yaxını rejim qaydalarını qərəzli şəkildə pozduğu üçün Qobustan qapalı həbsxanasına göndərilib. Hazırda müəssisənin tibb hissəsində 30 məhkum müalicə alır. Onlar əsasən soyuqdəymə, qrip və qaraciyər xəstəliklərindən əziyyət çəkirlər. Cari ildə müəssisədə iki ölüm hadisəsi baş verib. Ürək xəstəliyindən əziyyət çəkən 2 məhkum dünyasını dəyişib. Müəssisədə 25 əcnəbi məhkum cəza çəkir. Onlardan 2-si çeçen olmaqla 22-si Rusiya,1-i İngiltərə, İran və Gürcüstan vətəndaşlarıdır. Cəzaçəkmə Müəssisəsində daxili rejim qaydalarını pozduğu üçün məhkumlardan 12-i cərimə təcridxanasına, 8-i isə kamera tipli otaqlara salınmaqla cəzalandırılıb. Məhkumlardan 163-ü istehsalatda çalışır. Müəssisədə kərpic, tikiş sexləri fəaliyyət göstərir. Məhkumların bir qismi fərdi işlərlə, digər qismi isə təsərrüfat işləri ilə məşğuldur. 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların 60-70%-i narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olub. Müəssisədə cəza çəkən 7 nəfər məhkum əfv üçün ölkə başçısına müraciət edib və onların sənədləri Prezident Aparatına təqdim olunub. Bu müəssisədə cəza çəkən məhkumlar üçün qanunvericiliklə il ərzində 12 qısamüddətli, 2 uzunmüddətli (3 gün) görüşlər, 12 sovqat nəzərdə tutulub. Özünü nümunəvi aparan məhkumun cəzasının yarısını çəkəndən sonra müəssisə rəhbərliyi tərəfindən görüşlərin və sovqatların sayı artırıla bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR