Bank Of Baku

Avropa İttifaqı Azərbaycanda texniki-peşə təhsilinin inkişafına 3 milyon avro ayıracaq

Avropa İttifaqı  Azərbaycanda texniki-peşə təhsilinin inkişafına 3 milyon  avro  ayıracaq
# 14 dekabr 2006 15:42 (UTC +04:00)
Avropa İttifaqı Azərbaycanda texniki-peşə təhsilinin inkişafı üçün 3 milyon avro ayırmağı nəzərdə tutur. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu vəsait peşə təhsili üzrə dövlət standartlarının hazırlanmasına, yeni texnologiyaya əsaslanan tədris plan və proqramlarının tərtib olunmasına, eyni zamanda turizm sahəsi üçün pilot peşə məktəbinin yaradılmasına sərf ediləcək. Bu məsələlərlə bağlı müzakirələrin aparılması məqsədilə Avropa İttifaqının eksperti bu günlərdə Azərbaycanda səfərdə olub. Səfər zamanı turizm sahəsi üçün pilot peşə məktəbi kimi İsmayıllı rayonunda fəaliyyət göstərən peşə məktəbi seçilməsi qərara alınıb. Həmin məktəbin bazasında yeni kompleks tikiləcək və bu məktəb müasir avadanlıqlarla təchiz olunacaq. Layihənin 2 il 6 ay ərzində həyata keçirilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR