Bank Of Baku

Yağıntıların intensivləşməsi çaylarda daşqın təhlükəsi yaratmayıb

Yağıntıların intensivləşməsi çaylarda daşqın təhlükəsi yaratmayıb
# 15 dekabr 2006 09:38 (UTC +04:00)
Azərbaycan ərazisində yağıntıların intensivləşməsi çaylarda daşqın təhlükəsi yaratmayıb. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. A. Verdiyev bildirib ki, daşqın təhlükəsi olan çaylar əsasən Şəki-Balakən və Lənkəran-Astara zonalarındadır. Onun sözlərinə görə, çaylarda suyun həcmi qismən artsa da, hələlik ümumi normadan aşağıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR