Bank Of Baku

Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2101 cinayət faktı qeydə alınıb

Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2101 cinayət faktı qeydə alınıb
# 18 dekabr 2006 13:07 (UTC +04:00)
Cari ilin 11 ayında respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2101 cinayət faktı qeydə alınıb. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsindən APA-ya verilən məlumata görə, qeydə alınan cinayətlərin 1269-u narkotiklərin saxlanması, 705-i satışı, 122-si əkini ilə bağlıdır. Bu müddətdə qanunsuz dövriyyədən 226 kiloqram 473 qram müxtəlif növ narkotik maddə çıxarılıb. Dövriyyədən çıxarılan narkotiklərin 104 kiloqramdan çoxu marixuana, 67 kiloqramdan çoxu tiryək, 22 kiloqramdan çoxu həşiş, 24 kiloqramdan çoxu heroin və digər narkotiklər olub. Qeydə alınan cinayətlərin 1047-si Bakıda qeydə alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin 102 kiloqram 266 qramı Bakının payına düşüb. Hesabat dövründə bu cinayətləri törətdiyi üçün 54 əcnəbi vətəndaş məsuliyyətə cəlb olunub. Əcnəbilərdən 17-si İran, 25-i Gürcüstan, 7-si Rusiya , 2-si İsrail, biri Əfqanıstan, Özbəkistan, Qazaxıstan vətəndaşlarıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR