Bank Of Baku

“Qarabağ partizanları” Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti edəcəklər

“Qarabağ partizanları” Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti edəcəklər
# 18 dekabr 2006 13:16 (UTC +04:00)
“Qarabağ partizanları” barələrində çıxarılan məhkəmə hökmündən Ali Məhkəmənin Plenumuna əlavə kasasiya şikayəti edəcəklər. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı APA-ya bildirib ki, Ali Məhkəmənin Plenumu işə ədalətli baxmasa, onlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət etməyi planlaşdırır. Xatırladaq ki, cəmiyyətdə “Qarabağ partizanları” adı ilə tanınan 23 nəfər Azərbaycan vətəndaşı 2004-cü il dekabrın 22-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. 2005-ci il martın 30-da Apelyasiya məhkəməsində, 2005-ci il avqustun 31-də Ali Məhkəmədə bu şəxslərin işinə yenidən baxılıb, onların bir qrupu 11 nəfəri azadlığa buraxılıb. Qrupu digər üzvləri ilə müxtəlif müddətə azadlıqdan məhrum ediliblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR