Bank Of Baku

Yanvarda vəkilliyə qəbulla bağlı imtahan keçiriləcək

Yanvarda vəkilliyə qəbulla bağlı imtahan keçiriləcək
# 18 dekabr 2006 13:31 (UTC +04:00)
Vəkil statusu qazanmaq istəyənlər üçün qəbul imtahanları gələn ay keçiriləcək. Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov APA-ya açıqlamasında bildirib ki, dekabrın sonunda imtahanların keçirilmə vaxtı dəqiqləşəcək. Qeyd edək ki, dekabrın 1-də vəkilliyə sənəd qəbulu başa çatıb. Vəkilliyə qəbul üçün 432 nəfər sənəd verib. Onlar sırasında 17 nəfəri Naxçıvan Muxtar Respublikasının sakinidir. Ölkə başçısının fərmanına müvafiq olaraq vəkil olmaq istəyən Naxçıvan Muxtar Respublikasının sakinləri üçün imtahan Naxçıvanda keçiriləcək. Namizədlər test imtahanında 100 sualı cavablandıracaq. Suallardan 80-i hüququn müxtəlif sahələrinə aid olacaq, 20 sual isə namizədin ümumi dünyagörüşünün, məntiqi təfəkkürünün səviyyəsinin müəyyənləşdirmək üçün seçiləcək. İmtahan sualları imtahana 3 gün qalmış Vəkillər Kollegiyasının, Baş Prokurorluğun, Məhkəmə-Hüquq Şurasının nümayəndələri tərəfindən tərtib olunacaq. 50 baldan artıq nəticə göstərən şəxslər müsahibədə iştirak etmək hüququ qazanacaq. Sənəd qəbulu imtahandan sonra Bakı və Sumqayıt istisna olmaqla, respublikanın bütün regionlarında davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR