“Gənc Liderlər” Uşaq Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansından çıxıb

“Gənc Liderlər” Uşaq Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansından çıxıb
# 25 dekabr 2006 09:29 (UTC +04:00)
“Gənc Liderlər” Uşaq Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansından çıxıb. Bu barədə APA-ya “Gənc Liderlər” Uşaq Təşkilatının sədri Fərid Şahbazlı məlumat verib. Təşkilat sədri artıq bir neçə ildir təsis olunan Uşaq Hüquqları üzrə QHT Alyansının fəaliyyətində süstlük hökm sürdüyünü və Ombudsman Elmira Süleymanovanın vaxtilə formalaşdırdığı qurumdan əsər-əlamət qalmadığını bildirib: “Bu gün vəziyyət olduqca acınacaqlıdır. Alyansın rəhbəri Nabil Seyidov təşkilata üzv olan qurumların adından yararlanaraq istədiyini edir. O, alyansa üzv olan uşaq qurumlarının problemləri ilə maraqlanmaq əvəzinə, tez-tez xaricə getməklə işini bitmiş sayır”. Məsələ ilə bağlı APA-ya açıqlama verən Uşaq Hüquqları üzrə QHT Alyansının rəhbəri Nabil Seyidov F. Şahbazlının ittihamlarını əsassız sayıb. Onun sözlərinə görə Uşaq Hüquqları üzrə QHT Alyansı təşkilatların könüllü şəkildə birləşməsidir və burada konkret bir proqramın həyata keçirilməsi nəzərdə tutulmayıb: “Bu mənada səsləndirilən fikirlər məntiqə uyğun deyil”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR