Ağsu rayonunda baş verən yanğında bir nəfər ölüb

Ağsu rayonunda baş verən yanğında bir nəfər ölüb
# 25 dekabr 2006 09:46 (UTC +04:00)
Ağsu rayonunun Curuğlu kəndində ölümlə nəticələnən yanğın baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə kənd sakini Xanım Qasımovaya məxsus evdə olub. Nəticədə evin yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanıb. Yanğın söndürüldükdən sonra X. Qasımovanın yanmış meyiti tapılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR