Bərdə rayonunda baş verən yol qəzasında iki nəfər ölüb

Bərdə rayonunda baş verən yol qəzasında iki nəfər ölüb
# 25 dekabr 2006 09:50 (UTC +04:00)
Dünən axşam Yevlax-Ağdam yolunun Bərdə rayonu ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Otuzikilər kənd sakini Nicat Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı və Gəncə şəhər sakini İlham Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı maşınlar toqquşub. Nəticədə sərnişinlərdən kənd sakini Niyaməddin Həsənov və Gəncə şəhər sakini Fərman Qasımov aldıqları xəsarətdən hadisə yerində keçiniblər. N. Allahverdiyev, İ. Hüseynov və sərnişinlər Mahirə Tanrıverdiyeva, Seva Mustafayeva, Rəfiqə Salmanova, Miryəhya Həsənov, Nüşabə Qasımova, Firuzə Qasımova və Əli Məmmədov müxtəlif bədən xəsarəti alaraq xəstəxanaya yerləşdiriliblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR