“Boz Qurd” qəzetinin redaktoru Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib

“Boz Qurd” qəzetinin redaktoru Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib
# 25 dekabr 2006 10:03 (UTC +04:00)
“Boz Qurd” qəzetinin redaktoru Ramiz Nəcəfli Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib. Bu barədə APA-ya jurnalistin hüquqlarını müdafiə edən Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev məlumat verib. İ. Əliyev bildirib ki, R. Nəcəfli müxalifət partiyalarının ötən ilin oktyabrında keçirdiyi mitinqində polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb və nəticədə səhhətində problem yaranıb. Hadisə baş verən zaman onun əynində jurnalistlər üçün nəzərdə tutulmuş xüsusi geyim olub. Onunla yanaşı, daha bir neçə KİV nümayəndəsi polislər tərəfindən döyülərək xəsarət alıb. Faktla bağlı Səbayel rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 132-ci maddəsi (döymə) ilə başlanmış cinayət işi Səbayel rayon Prokurorluğuna göndərilib. Sonra cinayət işinin icraatı dayandırılıb. R. Nəcəfli bununla bağlı AHİM-ə müraciət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR