Vakant hakim yerlərinin sayı 200-ə yaxındır

Vakant hakim yerlərinin sayı 200-ə yaxındır
# 25 dekabr 2006 12:12 (UTC +04:00)
“İmtahanlarda müvəffəqiyyət qazanmış 55 nəfər hakimliyə namizədlə birgə vakant hakim yerlərinin sayı 200-ə yaxındır”. Bu barədə APA-nın sualına cavab olaraq Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyev məlumat verib. İ. Nağıyev bildirib ki, 55 nəfərlə bağlı Komitə öz işini yekunlaşdırıb. Onlar barəsindəki lazımi məlumatlar Məhkəmə-Hüquq Şurasına verilib: “Məhkəmə-Hüquq Şurası onlarla söhbət aparıb. Onların sırasından lazım bilinənlər prezidentə təqdim olunacaq”. Qeyd edək ki, ölkə başçısının 17 avqust tarixli fərmanı ilə hakimlərin sayı 153 nəfər artırılıb. Hakimlərin sayına görə Azərbaycan Avropa ölkələri sırasında sonuncu yerlərdən birini tutur. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR