Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıda Azərbaycanın hökumət rəsmilərilə görüşüb

Gürcüstanın baş naziri Zurab Noqaideli Bakıda Azərbaycanın hökumət rəsmilərilə görüşüb
# 25 dekabr 2006 12:17 (UTC +04:00)
Bakıda səfərdə olan Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün Nazirlər Kabinetində görüş keçirib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin APA-ya verdiyi məlumata görə, görüşdə baş nazir Artur Rəsizadə, baş nazirin I müavini Yaqub Eyyubov, iqtisadi inkişaf naziri Heydər Babayev, nəqliyyat naziri Ziya Məmmədov, ARDNŞ prezidenti Rövnəq Abdullayev və digər hökumət rəsmiləri iştirak ediblər. Danışıqlarda qarşılıqlı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, enerji və nəqliyyat sektorlarında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, bu görüşdən sonra Z.Noqaideli Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul olunub. Yaxın saatlarda Gürcüstan hökumətinin başçısı Tiflisə dönəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR