“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit Bayıldan 14 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub

“Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakit Bayıldan 14 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub
# 25 dekabr 2006 12:20 (UTC +04:00)
“Azadlıq” qəzetinin əməkdaşı Sakit Zahidov (Mirzə Sakit) Bayıldakı 1 saylı İstintaq Təcridxanasından 14 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsinə etap olunub. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Xatırladaq ki, Apellyasiya Məhkəməsi M. Sakitin barəsindəki hökmdən verdiyi şikayəti təmin etməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü qüvvədə saxlayıb. Onun vəkili məhkəmənin hökmündən Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini deyib. M. Sakit Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR