Müstəqil Azərbaycan Universitetinin tələbələr aclıq aksiyasını dekabrın 28-nə kimi davam etdirəcəklər

Müstəqil Azərbaycan Universitetinin tələbələr aclıq aksiyasını dekabrın 28-nə kimi davam etdirəcəklər
# 25 dekabr 2006 13:25 (UTC +04:00)
Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi 1 aydan artıqdır ki, növbəli olaraq aclıq aksiyası keçirir. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin üzvü Vüqar Süleymanovun APA-ya verdiyi məlumata görə, tələbələr aclığı dekabrın 28-nə kimi davam etdirəcəklər. O, məhkəmənin tələbələrin xeyrinə qərar çıxarmayacağı halda, piket və yürüşləri yenidən bərpa edəcəklərini bildirib: “Bizim aclıq aksiyası keçirdiyimiz müddətdə dövlət qurumlarından heç kim bizim işimizlə maraqlanmayıb. Halbuki bizim təhsil hüquqlarımızı pozan təhsil sahəsində fəaliyyət göstərən qurumlardır”. V. Süleymanov bildirib ki, hazırda aclıq aksiyasını 50 tələbə davam etdirir. Aksiya iştirakçılarının səhhəti pisləşdiyi üçün bu gün aclığın keçirildiyi Müsavat Partiyasının qərargahına bir neçə dəfə təcili tibbi yardım çağırılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR