Atəşkəsin pozulması nəticəsində Tərtərin cəbhəyanı kəndlərində tələfatın olmaması üçün çəkilmiş torpaq sədlər yararsız hala düşüb

Atəşkəsin pozulması nəticəsində Tərtərin cəbhəyanı kəndlərində tələfatın olmaması üçün çəkilmiş torpaq sədlər yararsız hala düşüb
# 25 dekabr 2006 13:26 (UTC +04:00)
Tərtərin cəbhəyanı kəndlərində yaşayış məntəqələrinin atəşkəsin pozulduğu vaxtlarda tələfatla üzləşməməsi üçün çəkilmiş torpaq sədlər artıq yararsız hala düşüb. 12 ildir, yenilənməyən sədlər yağıntı və günvurma nəticəsində çöküb. Tərtər rayon Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna bildirib ki, bu sırf hərbi təyinatlı məsələ olduğundan Tərtər Rayon İcra Hakimiyyəti hər hansı tədbir görmək səlahiyyətində deyil. Hərbiçilərsə hesab edirlər ki, ön xəttə yaxın ərazilərdə hərbi təyinatlı mühəndis-istehkam texnikalarının işləməsi cəbhənin həmin istiqamətində vəziyyəti gərginləşdirə bilər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR