Bank Of Baku

Sabah Gəncə Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən şəxslərin işi üzrə hazırlıq iclası keçiriləcək

Sabah Gəncə Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən şəxslərin işi üzrə hazırlıq iclası keçiriləcək
# 25 dekabr 2006 13:38 (UTC +04:00)
Dekabrın 26-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hakimi İmaməli Əsgərovun sədrliyi ilə Gəncə Şəhər Polis İdarəsi Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilovun ölümündə şübhəli bilinən Zabit Kazımov və Pərviz Məmmədov barəsindəki cinayət işi üzrə hazırlıq iclası keçiriləcək. Məhkəmədən APA-ya verilən məlumata görə, proses Gəncənin Nizami Rayon Məhkəməsində keçiriləcək. Dekabrın 25-də hakim heyəti Gənzəyə ezam olunub. Z. Kazımovun istintaqdakı vəkili İbrahim Rüstəmov APA-ya bildirib ki, səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcək. Valideynləri Zabit Kazımovun məhkəmədə hüquqlarını müdafiə etmək üçün yeni vəkillə müqavilə imzalayacaqlar. Xatırladaq ki, Z. Kazımova Cinayət Məcəlləsinin 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə) və 221.2-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Onunla bərabər eyni maşında olmuş Pərviz Məmmədova Cinayət Məcəlləsinin 221.2-ci (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Hazırda hər iki təqsirləndirilən Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılırlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR