Bank Of Baku

Lənkəran Rayon Təhsil Şöbəsinin müdirinə son xəbərdarlıq edilib

Lənkəran Rayon Təhsil Şöbəsinin müdirinə son xəbərdarlıq edilib
# 30 dekabr 2006 09:48 (UTC +04:00)
“Lənkəranda yetişməkdə olan nəslin təlim-tərbiyəsində, onun vətənpərvərlik ruhunda böyüməsində ciddi qüsurlar mövcuddur. Doğma ölkəsinin dövlət himnini bilməyən gənclərdən, məktəb şagirdlərindən hansı Vətən sevgisini göstərmək olar?” APA-nın cənub bürosunun məlumatına görə, bu fikirlər Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Süleyman Mikayılovun 2006-cı ilin son şura iclasında etdiyi çıxışında səslənib. S.Mikayılov işdə yol verdiyi nöqsanları aradan qaldırmaq üçün rayon Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayevə sonuncu dəfə xəbərdarlıq edib. İclasda söz alan S.Abdullayev haqlı iradlardan nəticə çıxarılacağını, bu istiqamətdə kompleks tədbirlərin götürüləcəyini icra başçısının diqqətinə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR