Bank Of Baku

Lənkəran teatrı uşaqlar üçün yeni tamaşa hazırlayıb

Lənkəran teatrı uşaqlar üçün yeni tamaşa hazırlayıb
# 30 dekabr 2006 09:54 (UTC +04:00)
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı qış tətili günlərində balaca tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirib. APA-nın cənub bürosunun məlumatına görə, yaradıcı kollektiv teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Baba Rzayevin qələmə aldığı “Təpəgöz kimi axtarır” nağıl-pyesinin premyerasını keçirib. Əsərə quruluşu da B.Rzayev verib. Səhnə tərtibatı teatrın baş rəssamı Məmmədyar Cəfərovun, musiqi seçimləri Qələm Fərəcovundur. Əsas rolları aktyorlardan Rəhim Talışınski, Allahverən Babayev, Əbülfəz Axundov, Emil Rzayev və başqaları ifa edirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR