Bank Of Baku

“Azercell Telekom” BM “İntellekt - 2006” mükafatına layiq görülüb

“Azercell Telekom” BM “İntellekt - 2006” mükafatına layiq görülüb
# 30 dekabr 2006 10:04 (UTC +04:00)
“Azercell Telekom” BM daha bir mükafata layiq görülüb. “Azercell Telekom” BM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycanın mobil bazarının aparıcı şirkəti 3-cü dəfə “İT Magazine” jurnalının “İntellekt - 2006” mükafatına sahib olub. Mükafat mobil operatora 2 300 000 nəfərlik ailənin fərdi informasiya vasitəsi olan “SİMURQ” xidmətinin tətbiqinə görə verilib.
Qeyd edək ki, “SİMURQ” “Azercell Telekom” BM-in 10 illik yubileyi günü - 15 dekabr 2006-cı il tarixindən abonentlərin istifadəsindədir. Müasir texnologiyalar əsasında hazırlanan və mobil telekommunikasiyada inqilabi dəyişikliklər edəcək “SİMURQ” (interaktiv fərdi informasiya və əyləncə xidməti) Azərbaycanda ilk dəfə “Azercell” tərəfindən istifadəyə verilib. Bu xidmət bütün “Azercell” abonentlərinə dünyada baş verən ən müxtəlif son yenilikləri operativ şəkildə qəbul etmək imkanı verir. “Azercell Telekom” bu mükafatı 2004-cü ildə “GəncSim” tarif paketinə, 2005-ci ildə isə “EDGE” texnologiyasının tətbiqinə görə alıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR