Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları Rafiq Tağı və Samir Sədaqətoğlu ilə görüşüblər

Ombudsman Aparatının əməkdaşları Rafiq Tağı və Samir Sədaqətoğlu ilə görüşüblər
# 30 dekabr 2006 11:45 (UTC +04:00)
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanasında saxlanılan yazıçı Rafiq Tağı və “Sənət” qəzetinin baş redaktoru Samir Hüseynovla (Sədaqətoğlu) görüşüblər. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, qurumun üzvləri R. Tağı və S. Hüseynovun saxlanma şəraiti, polis və təcridxana əməkdaşlarının onlarla rəftarı ilə maraqlanıblar. R. Tağı saxlanma şəraitindən və ona olan münasibətdən narazılığı olmadığını deyib. S. Hüseynov isə barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə razılaşmadığını bildirib.
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova S. Hüseynovun cinayət işi ilə əlaqədar istintaqın sürətlənməsi, obyektiv aparılması və şəxsi nəzarətə götürülməsi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib. Ombudsman saxlanılan şəxslərin qəzetlə təmin olunması üçün də təcridxana rəhbərliyinə tövsiyə verib.
Qeyd edək ki, yazıçı R. Tağı S. Hüseynovun baş redaktoru olduğu “Sənət” qəzetində dərc etdirdiyi “Avropa və biz” məqaləsində islam dünyası və Məhəmməd peyğəmbər (s.ə.s) haqqında qeyri-etik ifadələr işlədib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR