Bank Of Baku

Sabiq baş nazir Sürət Hüseynovun dəstə üzvlərindən Elçin Babayevin işi üzrə hazırlıq iclası keçirilib

Sabiq baş nazir Sürət Hüseynovun dəstə üzvlərindən Elçin Babayevin işi üzrə hazırlıq iclası keçirilib
# 19 yanvar 2007 14:44 (UTC +04:00)
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Məmmədbağır Zeynalovun sədrliyi ilə 1994-95-ci illərdə sabiq baş nazir Sürət Hüseynovun dəstəsində fəaliyyət göstərən və həmin illər ərzində ölkədə kütləvi iğtişaşlarda iştirak edən Elçin Babayevin işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu barədə APA-ya hakim Məmmədbağır Zeynalov məlumat verib. Onun sözlərinə görə, məhkəmənin hazırlıq iclasında tərəflərlə tanışlıq olub. Cinayət işi üzrə məhkəmə baxışı yanvarın 25-nə təyin olunub. İttiham aktında E. Babayevin S. Hüseynov, onun qohumu Kəramət Kərimov və digərlərinin rəhbərliyi ilə “Şəhid Ailələrinin “Nicat” Müdafiə Komitəsi” adı altında silahlı qruplaşma yaratdığı göstərilib. E. Babayev 1994-cü ilin yayında həmin qrupda fəaliyyət göstərməyə başlayıb. O, sabiq baş nazirin sürücüsü kimi fəaliyyət göstərən İntiqam Babaxanovla cinayət əlaqəsinə girib və K. Kərimovun qrupunda fəaliyyət göstərib. E. Babayev həmin vaxtdan avtomatla silahlanaraq, qrupun tərkibində K. Kərimovun qanunsuz göstərişlərini yerinə yetirib. E. Babayev həmin ilin oktyabrından bir sıra ağır cinayətlər törətdiklərinə görə hazırda məhkum edilən Namiq Musayev, Elşən Quliyev, Zaur Fərzəliyev, Zahid Eyvazov və digərləri ilə birlikdə K. Kərimovu və eyni zamanda silahlı birləşmənin iqamətgahı olan “Nicat” Müdafiə Komitəsini müdafiə etməklə qanunvericilikdə nəzərdə tutulmayan cinayətlər törədib. S. Hüseynov, K. Kərimov və digərlərinin rəhbərliyi altında 1994-cü il oktyabrın 4-də hakimiyyəti ələ keçirmək üçün düzəldilən sui-qəsdin qarşısı dövlət qoşunları tərəfindən alındıqdan sonra barəsində 1995-ci ildən axtarış elan olunan E. Babayev ötən il oktyabrın 4-də həbs edilib. Bundan sonra onun barəsindəki Cinayət Məcəlləsinin 279-cu maddəsi (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qruplar yaratma) ilə başlanmış cinayət işinin istintaqı təzələnərək istintaq hərəkətləri davam etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR