Bank Of Baku

Gəncədə yanğın zamanı xəsarət alan dörd nəfərdən ikisi Respublika Yanıq Mərkəzinə göndərilib

Gəncədə yanğın zamanı xəsarət alan dörd nəfərdən ikisi Respublika Yanıq Mərkəzinə göndərilib
# 20 yanvar 2007 07:54 (UTC +04:00)
Gəncə şəhər qaz istismar idarəsinin rəis müavini Şubay Nəsibovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yanğın partlayış nəticəsində deyil, ani alovlanma səbəbindən baş verib. “Dünən Gəncə şəhər prokurorluğunun, yanğınsöndürmə xidmətinin və qaz istismar idarəsinin nümayəndələrinin iştirakı ilə yanğın baş verən ünvanda araşdırma aparılıb. Tərtib olunan akta görə, hadisə qaz sızması səbəbindən baş verib. İçərisindən qaz nəql olunan rezin şlanq istidən genişlənərək qaz borusundan çıxıb və evə qaz sızmağa başlayıb. Əgər yanğın güclü partlayış səbəbindən baş versəydi, evin şüşələri qırılardı. Bu, sadəcə ani alovlanmadır”. Qeyd edək ki, yanğın nəticəsində xəsarət alan 4 nəfər - 1954-cü il təvəllüdlü Vəliyev Ramiz İsgəndər oğlu, 1993-cü il təvəllüdlü Vəliyev İsgəndər Ramiz oğlu, 1954-cü il təvəllüdlü Vəliyeva Məryəm Nəriman qızı və 1985-ci il təvəllüdlü Vəliyeva Gülnar Ramiz qızı Gəncə şəhəri 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin müayinədən sonra Gəncə şəhər səhiyyə idarəsinin rəisi Mehman Rzayev vəziyyətləri pis olan Məryəm Vəliyeva və Gülnar Vəliyevanın Respublika Yanıq Mərkəzinə göndərilməsi haqda göstəriş verib. Bunun üçün səhiyyə idarəsi iki təcili tibbi yardım maşını ayırıb və zərər çəkənlər Bakıya göndərilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR