Bank Of Baku

Bərdə rayon Statistika İdarəsinin binasında yanğın baş verib

Bərdə rayon Statistika İdarəsinin binasında yanğın baş verib
# 20 yanvar 2007 08:26 (UTC +04:00)
Bu gün səhər saat 10.00 radələrində Bərdə rayonunun Statistika İdarəsinin binasında yanğın baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, idarənin rəisi Əlövsət Məmmədovun iş otağı tamamilə yanıb. İdarə əməkdaşlarının APA-ya verdiyi məlumata görə, kabinetdə dövlət əhəmiyyətli heç bir sənəd və əşya olmayıb. Dərhal hadisə yerinə gəlmiş Bərdə Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin əməkdaşları alovun başqa sahələrə keçməsinin qarşısını alıblar. Yanğınsöndürənlər yanğının hansı səbəbdən baş verməsinin ehtimal etməyin mümkün olmadığını, bunun yalnız araşdırmalardan sonra müəyyən ediləcəyini bildiriblər. Hazırda idarəyə dəyən ziyanın miqdarı müəyyənləşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR