Bank Of Baku

Xanlar Vəliyev: “Elxan Hüseynov tabeliyindəki əsgəri özünü öldürmə həddinə çatdırdığına görə həbs olunmuşdu”

Xanlar Vəliyev: “Elxan Hüseynov tabeliyindəki əsgəri özünü öldürmə həddinə çatdırdığına görə həbs olunmuşdu”
# 20 yanvar 2007 09:34 (UTC +04:00)
“Çox təəssüf ki, apellyasiya məhkəməsi Elxan Hüseynov barəsindəki həbs-qətimkan tədbirini ləğv etdi. Amma hazırda onun istintaq tərəfindən dindirilməsi davam etdirilir”. APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrindən birinin komandiri olmuş Elxan Hüseynovun həbsinin və azad olunmasının səbəbləri barədə sualı cavablandırarkən deyib. Hərbi prokuror komandirin hərbi hissə əsgərlərindən birini özünü öldürmə dərəcəsinə çatdırdığına görə həbs edildiyini deyib. X. Vəliyev E. Hüseynovun həbsinin ermənilərin əsir götürdüyü Vüsal Qaracayevlə bağlı olması barədə xəbərlərin doğru olmadığını da vurğulayıb: “Elxan Hüseynov Vüsal Qaracayevi deyil, başqa bir əsgəri özünü öldürmə həddinə çatdırdığına görə həbs olunmuşdu”. Hərbi prokuror E. Hüseynov barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həttinə çatdırma) cinayət işi başlandığını və hazırda istintaqın davam etdiyini də vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR