Bank Of Baku

Yol qəzalarının və yol-hərəkəti qaydalarının sayını azaltmaq məqsədi ilə Bakıda 8 nəzarət kamerası quraşdırılıb

Yol qəzalarının və yol-hərəkəti qaydalarının sayını azaltmaq məqsədi ilə Bakıda 8 nəzarət kamerası quraşdırılıb
# 22 yanvar 2007 09:01 (UTC +04:00)
Yol qəzalarının və yol-hərəkəti qaydalarının pozulmasının sayını azaltmaq məqsədi ilə Bakıda 8 nəzarət kamerası quraşdırılıb. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Kameralar Heydər Əliyev prospekti ilə Ağa Neymətulla küçəsinin, Səməd Vurğun küçəsi ilə Bakıxanov küçəsinin, Rəşid Behbudov küçəsi ilə Füzuli küçəsinin, İzmir küçəsi ilə Bakıxanov küçəsinin, “Azadlıq” prospekti ilə Bakıxanov küçəsinin, Bülbül prospekti ilə 28 May küçəsinin kəsişməsində, “Azneft” meydanında, metronun “Bakı Soveti” stansiyasının qarşısında quraşdırılıb. Məlumata görə, kameralar vasitəsilə mərkəzləşdirilmiş nəzarət həyata keçiriləcək və yol-hərəkəti qaydalarını pozan sürücülərə inzibati cərimələr tətbiq olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR