Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru ABŞ səfirliyinin müşaviri ilə görüşüb
27 yanvar 2007 08:44 (UTC +04:00)
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev ABŞ səfirliyinin hüquq məsələlər üzrə müşaviri Kevin Feldslə görüşüb. Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, ABŞ səfirliyinin nümayəndəsinə Şəbəkənin fəaliyyəti, keçirdiyi tədbirlər, təşəbbüsləri barədə məlumat verib. Kevin Felds Şəbəkənin 2007-ci il üçün hazırladığı Fəaliyyət Planı, qurum üzvlərinin fəaliyyəti ilə tanış olub. Şəbəkə üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib.
Söhbət zamanı ABŞ səfirliyi ilə Şəbəkənin əməkdaşlıq imkanları müzakirə olunub. Şəbəkənin korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin, antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslərinin reallaşmasında yardımçı olması, bu sahədə birgə addımların atılması da ilə bağlı da danışıq aparılıb.
Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin məlumat və əməkdaşlıq Şəbəkəsi 2006-cı il martın 2-də təsis olunub. Şəbəkədə korrupsiyaya qarşı mübarizə aparan 12 QHT birləşib. Şəbəkənin yaradılmasında əsas prinsip kimi əsasən korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış QHT-lərin bir araya gəlməsi götürülüb. /APA/

Hadisə
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO
01:39
5 may 2024
Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub
22:23
4 may 2024
Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - YENİLƏNİB
21:38
4 may 2024
Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
20:46
4 may 2024