Bank Of Baku

Aktrisa Leyla Şıxlinskayanın mənzili qarət edilib

Aktrisa Leyla Şıxlinskayanın mənzili qarət edilib
# 01 fevral 2007 13:01 (UTC +04:00)
Aktrisanın Rəsul Rza küçəsi, ev 11, mənzil 39 ünvanında yerləşən mənzilindən xeyli qızıl-zinət əşyası aparılıb. Səbayel rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə saat 23.00 radələrində baş verib. Naməlum şəxslər qapını açarla açaraq evi qarət ediblər. Faktla bağlı Səbayel rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda hadisəni törədən şəxslər müəyyənləşdirilməyib və bu istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilir. 9-cu polis bölməsində araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR