Bank Of Baku

Adil İsmayılovla bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacaq

Adil İsmayılovla bağlı məsələ Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacaq
# 01 fevral 2007 13:43 (UTC +04:00)
Respublika Prokurorluğunun müraciəti əsasında Vəkillər Kollegiyasının İntizam Komissiyası tərəfindən vəkil Adil İsmayılovla bağlı araşdırmalar başa çatıb. Vəkillər Kollegiyasının sədri Azər Tağıyev APA-ya açıqlamasında bildirib ki, İntizam Komissiyası bu məsələ ilə bağlı rəy hazırlayıb və A. İsmayılovla bağlı məsələ Rəyasət Heyətinin iclasında müzakirəyə çıxarılacaq. Respublika Prokurorluğunun müraciətinə qanunla müəyyən edilmiş qaydada baxılacağını deyən kollegiya sədri bildirib ki, A.İsmayılov barəsində “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan cəzalardan biri tətbiq oluna bilər. Həmin cəzalar isə irad tutma, töhmət, 3 aydan 1 ilədək vəkillik fəaliyyətinin məhdudlaşdırılmasıdır. Həmçinin qanun pozuntusuna yol vermiş vəkil məhkəmənin qərarı ilə Vəkillər Kollegiyasından da xaric oluna bilər.
Qeyd edək ki, vəkil A.İsmayılov istintaq sirrini yaydığı üçün Respublika Prokurorluğunun 2006-cı il 13 oktyabr tarixli qərarı ilə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin müdafiəsindən kənarlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR