Bank Of Baku

Misir Mərdanov Britaniya Şurasının Azərbaycan üzrə direktorunu qəbul edib

Misir Mərdanov Britaniya Şurasının Azərbaycan üzrə direktorunu qəbul edib
# 01 fevral 2007 14:32 (UTC +04:00)
Bu gün təhsil naziri Misir Mərdanov Britaniya Şurasının (“British Counsil”) Azərbaycan üzrə direktoru Endi Uilyamsı qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Britaniya Şurasının ölkəmizdə gördüyü işlərdən razı qaldığını bildirib, bu təşkilatın texniki-peşə təhsilinin inkişafına dəstək göstərmək niyyətində olmasını bəyəndiyini deyib. Texniki-peşə təhsili sahəsinin sovet dövründə tənəzzülə doğru getdiyini qeyd edən nazir həmin illər ərzində bu müəssisələrdən başqa məqsədlər üçün istifadə olunduğunu vurğulayıb. O əlavə edib ki, artıq müvafiq sahə üzrə inkişaf proqramı hazırlanıb. M.Mərdanovun sözlərinə görə, hazırda ölkəmizdə 500-dək məktəbdə ingilis dilini tədris edən müəllimə ehtiyac var.
E.Uilyams isə rəhbəri olduğu təşkilatın Təhsil Nazirliyi ilə birgə reallaşdırdığı layihələrin uğurlu nəticələrindən danışıb və qeyd edib ki, hazırda bu təşkilat “İşdə bacarıqlar” layihəsini də həyata keçirmək niyyətindədir. Həmin layihənin 15 ölkədə reallaşdırılması fikrində olduqlarını bildirən qonaq hazırda bununla bağlı öz ölkəsindən dəvət olunmuş mütəxəssislərlə iş aparıldığını söyləyib.
Görüşdə tərəflər orta məktəblərdə ingilis dili kadrlarına olan təminatın ödənilməsi məqsədilə birgə memorandumun imzalanması, orta məktəb şagirdlərinin bu təşkilatın xətti ilə Böyük Britaniyaya səfərlərin təşkili və digər məsələlər də müzakirə ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR