Bank Of Baku

Avropa Ümumi Hüquq Mərkəzinin direktorunun Azərbaycana səfəri başa çatıb

Avropa Ümumi Hüquq Mərkəzinin direktorunun Azərbaycana səfəri başa çatıb
# 01 fevral 2007 15:03 (UTC +04:00)
Avropa Ümumi Hüquq Mərkəzinin direktoru Spridion Floqaitisin Azərbaycana səfəri başa çatıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, qonaq Avropa Evinin Bakıdakı nümayəndəliyində, Milli Məclis Aparatında və Bakı Dövlət Universitetində görüşlər keçirib. S.Floqaitis Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevlə görüşüb. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində “Tvininq” proqramları üzrə əməkdaşlıq perspektivləri və Avropa Ümumi Hüquq Mərkəzinin bu layihələrdə iştirakı, tərəflərin birgə həyata keçirdikləri və hazırda yekunlaşmaq ərəfəsində olan “Azərbaycanda qanunun aliliyi üzrə hüquqşünasların tədrisi və hüquq islahatlarına dəstək” layihəsinin davam etdirilməsi imkanları müzakirə olunub. Qonaq ədliyyə naziri Fikrət Məmmədovla da görüşüb. Avropa Ümumi Hüquq Mərkəzi ilə əməkdaşlığın real nəticələr verdiyini bildirən nazir Mərkəzlə Ədliyyə Nazirliyi arasında həyata keçirilən səmərəli əməkdaşlığın Azərbaycan-Yunanıstan münasibətlərinin daha da genişlənməsinə xidmət etdiyini deyib. Qonaq Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR