Bank Of Baku

Türkiyədə insan alveri ilə məşğul olan iki dəstənin tərkibində azərbaycanlılar da var

Türkiyədə insan alveri ilə məşğul olan iki dəstənin tərkibində azərbaycanlılar da var
# 05 fevral 2007 12:08 (UTC +04:00)
Ankara Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində insan alveri ilə məşğul olan daha iki dəstə aşkarlanıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, əməliyyat nəticəsində iki dəstənin 13 üzvü həbs olunub, insan alverinin qurbanı olan 16 qadın isə deportasiya edilmək üçün saxlanılıb. Həbs olunan və saxlanılanların arasında Azərbaycan vətəndaşları da var. Polis əməkdaşları əvvəlcə Türkiyə vətəndaşı olan Azərbaycan əsilli, “Sevinc” ləqəbli Azadə D. ilə Rusiya əsilli, “Zara” ləqəbli Zara Çətin adlı qadınların izinə düşüb. Altı aylıq təqibdən sonra bu qadınların üzvü olduğu iki mütəşəkkil dəstənin xaricdən gətirdikləri qadınları Türkiyənin millət vəkillərinə, iş adamlarına, siyasətçilərinə və s. şəxslərə 100 dollara satdığı müəyyənləşdirilib. Bu iki qadınla birlikdə Mehriban S, Sərvət A, Aylin A, Şəlalə H, Ramazan K, Şərafəddin C, Aişə Ö, İsa O, Mətin A, Mustafa Y, Sərkan Y. həbs olunub. İnsan alverinin qurbanı olan 16 əcnəbi qadın da deportasiya üçün Ankara Polis İdarəsinə aparılıb. Həbs olunan şəxslərin iş yerlərinə, yaşadıqları mənzillərə, maşınlara baxış zamanı çoxlu sayda pasport, bir sənədsiz tapança, bank çekləri, 968.08 qram ağırlığında 57249 YTL dəyərində, 52 ədəd qızıl-zinət əşyası, 70330 YTL, 600 ABŞ dolları, 16 ədəd qızıl pul, 3 ədəd avtomobil aşkarlanaraq müsadirə edilib. Bundan başqa, baxış zamanı müştəri və satıcı siyahıları da tapılıb. Hər iki dəstənin başçılarının hər ay xaricə təxminən 100 min dollar göndərdiyi məlum olub. Həmin şəxslərin bank hesablarına həbs qoyulub. Məlum olub ki, cinayətkar dəstələrin üzvləri Azərbaycan, Çeçenistan, Qırğızıstan və Ukrayna kimi ölkələrdə qadınları aldadaraq onlara yüksək faizlə borc veriblər. Daha sonra borclarını ödəyə bilməyən qadınları satmaq üçün Türkiyəyə gətiriblər. Türkiyədə bir qadını təxminən gündə 10 nəfərə satırmışlar. Saxlanılan 16 qadından yalnız 2-si dəstədən şikayətçi olub. Digərləri fahişəliyə cəlb olunduqlarını danaraq, Türkiyəyə turist kimi gəldiklərinin bildiriblər./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR