Bank Of Baku

Qobustan qəsəbəsində öz bacısını bıçaqlayan şəxs həbs olunub

Qobustan qəsəbəsində öz bacısını bıçaqlayan şəxs həbs olunub
# 05 fevral 2007 12:09 (UTC +04:00)
Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Rasim İbrahimov bacısı Tünzalə İbrahimovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Bu barədə APA-ya Qaradağ rayon prokuroru Tariyel Qurbanov məlumat verib. T. Qurbanov bildirib ki, hadisə qısqanclıq zəminində baş verib. T. İbrahimova ağır bədən xəsarətləri ilə Mərkəzi Kilinik Xəstəxanaya aparılıb. Hadisədən sonra R. İbrahimov həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) cinayət işi açılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR