Bank Of Baku

Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşağın yeri hələlik müəyyən olunmayıb

Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşağın yeri hələlik müəyyən olunmayıb
# 05 fevral 2007 12:13 (UTC +04:00)
Bakının Nərimanov rayonu ərazisində itkin düşən 3 azyaşlı uşağın yeri hələlik müəyyən olunmayıb. Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsinin təhqiqatçısı İlham Quliyev APA-ya bildirib ki, uşaqların öz anaları Fəridə Novruzova ilə birgə Bərdə rayonuna getməsi barədə məlumatlar təsdiqini tapmayıb. İ. Quliyev bildirib ki, ananın hazırda Bakı şəhərində yaşadığı ehtimal edilsə də, onun yerini müəyyən etmək hələlik mümkün olmayıb. Hazırda uşaqların və ananın yerini müəyyənləşdirmək üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Qeyd edək ki, M. Əhmədzadə küçəsi ev 13 A-da yaşayan Dağbəyi Novruzov yanvarın 24-də bölməyə müraciət edərək uşaqları Əsmər, Zülfiyyə və Rəşid Novruzovların yanvarın 20-də saat 17.00 radələrində evdən çıxaraq qayıtmadıqlarını xəbər verib. Digər bir məlumata görə isə D. Novruzov həyat yoldaşı ilə yola getmədiyindən uşaqları anadan ayıraraq onu evdən qovub. Bir neçə gün sonra F. Novruzova ərindən xəbərsiz uşaqları özü ilə aparıb. Novruzovlar boşanmaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət ediblər. Bu il yanvarın 30-na təyin olunan məhkəmə prosesi F. Novruzovanın yaşayış yeri müəyyənləşmədiyi üçün qeyri-müəyyən vaxtadək təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR