Bank Of Baku

Ötən il Gəncənin Nizami Rayon Məhkəməsində 161 cinayət işinə və 1675 mülki işə baxılıb

Ötən il Gəncənin Nizami Rayon Məhkəməsində 161 cinayət işinə və 1675  mülki işə baxılıb
# 05 fevral 2007 13:07 (UTC +04:00)
2006-cı ildə Gəncə şəhərinin Nizami Rayon Məhkəməsində 197 nəfər barəsində 161 cinayət işinə və 1675 mülki işə baxılıb. Bu haqda APA-nın qərb bürosuna Nizami Rayon Məhkəməsinin sədri Nizami Hümbətov məlumat verib. Onun sözlərinə görə, ötən il məhkəmədə 122 işlə bağlı həbs-qətimkan tədbiri, 67 iş üzrə isə azadlıqdan məhrumetmə cəzası barədə qərar çıxarılıb. Həmçinin 19 nəfərin azadlığı məhdudlaşdırılıb, 29 nəfərə islah iş cəzası, 29-na isə müəyyən məbləğdə cərimələr təyin edilib. N. Hümbətov əlavə edib ki, 2006-cı ildə xırda xuliqanlıq, polisə tabe olmamaq və s. bu kimi inzibati hüquqpozma hallarının sayı xeyli artaraq 480 olub: “Bununla bağlı Nizami Rayon Məhkəməsində 2005-ci ildə 147 iş haqqında qərar çıxarılıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR