Bank Of Baku

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun evini qarət edənlər həbs olunub

Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilovun evini qarət edənlər həbs olunub
# 05 fevral 2007 13:11 (UTC +04:00)
Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun evini qarət etmiş cinayətkar qruplaşmanın üzvləri həbs olunub. Bu barədə APA-ya Astana Daxili İşlər Departamentindən məlumat verilib. Cinayətkar dəstə səfirin evini Lətif Qəndilov Bakıda olarkən qarət ediblər. Hadisə zamanı səfirin evindən 3.600 ABŞ dolları dəyərində pul və qiymətli əşya aparılıb ki, bunun da 1.600 dolları artıq Lətif Qəndilova qaytarılıb. Astana Daxili İşlər Departamentindən bildiriblər ki, həbs olunan dəstənin üzvləri Gürcüstan vətəndaşlarıdır, cinayətkar qruplaşma əsasən Astananın elitar rayonlarında ev yarmaq üzrə ixtisaslaşıb. Dəstə üzvlərinə qarşı 11 evi qarət etməklə bağlı ittiham irəli sürülüb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR