Bank Of Baku

Bir qrup lənkəranlı yazar “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib

Bir qrup lənkəranlı yazar “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezidentə müraciət edib
# 05 fevral 2007 13:13 (UTC +04:00)
Lənkəran bölgəsinin bir qrup yazarı “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlunun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. APA-ya daxil olan müraciətlərdə Samir Sədaqətoğlunun himayəsində iki azyaşlı uşağın olması, baş vermiş insidentə görə ölkə müsəlmanlarından bir neçə dəfə rəsmi üzr istəməsini nəzərə alaraq onun azadlığa buraxılması xahiş olunur.
Samir Sədaqətoğlunun qardaşı Sabir Sədaqətoğlu APA-ya bildirib ki, həbsdə olan baş redaktor Ombudsman Elmira Süleymanovanın fəaliyyətindən narazıdır. Onun sözlərinə görə, Samir Sədaqətoğlu Ombudsmanla görüşmək üçün dəfələrlə müraciət etsə də, E.Süleymanova müraciətə müsbət cavab verməyib. Baş redaktorun qardaşı həmçinin bildirib ki, Samir Sədaqətoğlunun saxlandığı istintaq təcridxanasının mühafizəçiləri onun yaradıcılıqla məşğul olmağa imkan vermirlər. Baş redaktorun təcridxanada yazmağa başladığı əsərlər əlindən alınıb. Samir Sədaqətoğlu və Rafiq Tağı barəsində başlanmış cinayət işinin istintaqının isə bu həftə yekunlaşacağı gözlənilir. Xatırladaq ki, Rafiq Tağı və “Sənət qəzeti”nin baş redaktoru Samir Sədaqətoğlu Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinirlər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR