Bank Of Baku

Amerika Jurnalistlərin Müdafiə Mərkəzi dünya ölkələrində media azadlığının durumuna dair hesabatı açıqlayıb

Amerika Jurnalistlərin Müdafiə Mərkəzi dünya ölkələrində media azadlığının durumuna dair hesabatı açıqlayıb
# 06 fevral 2007 08:44 (UTC +04:00)
Amerika Jurnalistlərin Müdafiə Mərkəzi ötən il dünya ölkələrində media azadlığının durumuna dair hesabatı açıqlayıb. Mərkəzdən APA-ya verilən məlumata görə, hesabatda ötən il media azadlığı səviyyəsinin nisbətən artdığı qeyd olunub. “Bununla belə Rusiya və Venesuela kimi ölkələrdə hakimiyyət orqanlarının medianı nəzarət altına salmaq, senzura tətbiq etmək kimi cəhdləri qeydə alınıb. Bundan başqa bir sıra MDB ölkələrində - Belarus, Qazaxıstan, Türkmənistan və Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması faktı öz əksini tapıb”. Hesabat müəllifləri Azərbaycan prezidenti İlham Əliyevin “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsini dövlətə qarşı cinayət və terror aktı kimi dəyərləndirməsini xüsusi qeyd edib. Hesabatda Azərbaycanda üç jurnalistin Sakit Zahidov, Samir Sədaqətoğlu və Rafiq Tağının hazırda həbsdə olduğu vurğulanır. Ötən il dünyanın müxtəlif ölkələrində öz peşə borcunu yerinə yetirərkən 55 jurnalist vəfat edib, ən çox jurnalist isə - 32 nəfər İraqda öldürülüb. Əfqanıstan və Filippində isə ötən il 6 jurnalist öldürülüb. Ötən ilin dekabrına olan məlumata görə, hazırda dünyanın 24 ölkəsinin həbsxanalarında 134 jurnalist cəza çəkir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR