Bank Of Baku

Atasını qətlə yetirmiş Lerik sakinin məhkəməsi başlayır

Atasını qətlə yetirmiş Lerik sakinin məhkəməsi başlayır
# 06 fevral 2007 08:46 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə atasını qətlə yetirmiş Faiq Əhmədovun məhkəməsi başlayacaq. Məhkəmədən APA-ya verilən məlumata görə, bu cinayət işi üzrə fevralın 13-də hakim Eynulla Vəliyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək. İttiham aktına görə, Lerik rayonu Osyodərə kənd sakini Faiq Əhmədov 2006-cı il oktyabrın 30-da ailə münaqişəsi zəminində atası İntiqam Əhmədovu qətlə yetirib. F.Əhmədovun bu addımı atmasına atasının qısqanclıq zəminində anasını dəfələrlə ağacla döyməsinin səbəb olduğu bildirilir. F.Əhmədova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR