Bank Of Baku

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 222.200 nüsxəyə çatıb

Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 222.200 nüsxəyə çatıb
# 06 fevral 2007 09:05 (UTC +04:00)
Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fondu ötən il yeni kitablar hesabına zənginləşdirilib. Bu barədə APA-nın Qərb bürosuna məlumat verən Samux rayon Mədəniyyət və Turizm İdarəsinin rəisi Süleyman Əliyev bildirib ki, ötən il kitabxananın fonduna prezident İlham Əliyevə həsr olunmuş 1600 nüsxədən çox kitab hədiyyəsi daxil olub. Bundan başqa Mirzə Fətəli Axundov adına Milli Kitabxanadan müxtəlif mövzularda 91 nüsxə bədii ədəbiyyat alınıb, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasından isə 50 nüsxə kitab hədiyyə edilib. Süleyman Əliyev gözdən əlil vətəndaşların kitabxanadan istifadəsi məqsədilə Respublika Gözdən Əlillər Cəmiyyətindən Azərbaycan və dünya ədəbi incilərindən nümunələr köçürülən 100-ə audio kasetlər alındığını bildirib. Ümumilikdə Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitab fondu 2006-cı ildə 222.200 nüsxə təşkil edib. Rayon üzrə 15.800 oxucu 273.827 nüsxə kitab mütaliə edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR