Bank Of Baku

Dəvəçidə məktəbli intihar edib

Dəvəçidə məktəbli intihar edib
# 06 fevral 2007 13:17 (UTC +04:00)
Dəvəçi rayonunun Uzunboyad kənd sakini, 11 sinif şagirdi Osman İbadov yaşadığı evin qarşısında sintetik iplə özünü asıb. Dəvəçi rayonunda yayılan şayiələrə görə, Osman İbadov İraqın sabiq prezidenti Səddam Hüseynin televiziyada nümayiş etdirilən ölüm səhnəsinə baxdıqdan sonra intihar edib. Lakin Dəvəçi rayon Polis Şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, intihar faktı İraq prezidentinin qətl səhnəsinin imitasiyası ilə bağlı deyil. İntihar edən Osman İbadovun cibində sevdiyi qızın şəkilləri və sevgi məktubları tapılıb. Faktla bağlı Dəvəçi rayon prokurorluğu araşdırma aparır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR