Bank Of Baku

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yaşayış binalarında təmir işləri başa çatmaqdadır

Gəncədə məcburi köçkünlərin məskunlaşdığı yaşayış binalarında təmir işləri başa çatmaqdadır
# 06 fevral 2007 13:22 (UTC +04:00)
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı 28 yataqxanadan 10-da əsaslı təmir işləri başa çatıb. Bu ilin sonuna kimi məcburi köçkünlərin yaşadıqları bütün yataqxanalarda infrastrukturla bağlı problemlər tam həllini tapacaq. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər nümayəndəsi Süleyman Abbasovun verdiyi məlumata görə, hazırda 3 saylı liseyin yataqxanasında, Azərbaycan Texnologiya Universitetinin 1 və 2 saylı yataqxanasında, telekomunikasiya idarəsinin nəzdində olan uşaq bağçasında, Hacıkənddə yerləşən məktəb binasında, Müəllimlər İnstitunun və Gəncə Alüminium zavodun yataqxanasında təmir işləri gedir. Təmir gedən evlərdə yalnız dam örtüyü, kanalizasiya və elektrik xəttləri təzələnir. Təmir işlərində təşkilatçılığı Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu öz üzərinə götürüb. Tikinti işlərində çalışacaq işçi qüvvəsi isə tender yolu müəyyənləşib. Qeyd edək ki, sözügedən təmir işləri prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamında məcburi köçkünlərin məskunlaşdığı yaşayış obyektlərində 2005-2006-cı il ərzində təmir-tikinti işlərinin aparılması qərarına əsasən aparılır. Sözügedən sərəncama əsasən, respublika təmiri nəzərdə tutulmuş 268 yaşayış binasının 28-i Gəncədə yerləşir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR