Bank Of Baku

Salyan sakininin evində silah və narkotik maddə tapılıb

Salyan sakininin evində silah və narkotik maddə tapılıb
# 27 iyun 2007 10:05 (UTC +04:00)
Salyan rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayon sakininin evindən silah və xeyli miqdarda narkotik maddə aşkarlanıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Rayonun Arxarası kənd sakini Şakir Ağarzayevin üstündən 1 ədəd xaricdə istehsal olunmuş qaz tapançası və 1 qram marixuana tapılıb. Onun evindən 1 ədəd ov tüfəngi, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 5 kiloqram olan 69 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR